Çempionlar Liqası: Azərbaycan klubu məğlub oldu

23:10 21 Aprel 2015

Bu gün Asiya Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.

 

SportArena.az xəbər verir ki, D qrupunda qərarlaşan Cənubi Azərbaycan klubu "Traktor Sazi" öz meydanında Özbəkistan təmsilçisi "Nasaf"la qarşılaşıb. Aktivinde 3 oyunda cəmi 4 xalı olan "Traktor Sazi" üçün qələbə hava su kimi lazım idi. Elə bunun nəticəsi idi ki, görüşdə hesabı məhz Təbriz klubu açdı, ancaq görüşün sonrakı dəqiqələrində özbək klubu oyunda dönüş edə bildi və nəticəni öz xeyrinə dəyişməyi bacardı. Belə ki, 59 və 71 ci dəqiqədə vurduğu 2 qolla qələbə qazandı.Bu nəticədən sonra Traktor Sazi 4 xalla qrupda sonuncu pillədə qərarlaşıb. Qrupun diger oyununda Əl Əhli (Səudiyye Ərəbistan) Əl Əhli (Birləşmiş Ərəb Əmirlikləri ) klubunu qəbul edəcək. Bu qarşılaşma Bakı vaxt ilə saat 22:30 da başlayacaq.

21 aprel

Asiya Çempionlar Liqası, qrup mərhələsi

18:30. "Traktor Sazi" - "Nasaf" (Özbəkistan) - 1:2
Qollar: Mehdi Kiani, 52 (1:0), Artur Gevorkyan, 59 (1:1), 71 (1:2)


Digər xəbərlər

Xəbər xətti