"Neftçi İdman Klubu"nda Avropa çempionu ilə görüş

01:26 23 Aprel 2015

Aprelin 22-də "Neftçi İdman Klubu" İctimai Birliyinin aparat rəhbəri Sadıq Sadıqov Gürcüstanın paytaxtı Tibilisidə ağırlıq qaldırma üzrə keçirilən Avropa çempionatında qızıl medal qazanan Boyanka Kostova və məşqçi Nizami Paşayevlə görüşüb.

Sadıq Sadıqov Avropa çempionatında 12 rekordla parlaq qələbə qazanan idmançını təbrik edərək bu nailiyyətin Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazıldığını söyləyib.

Aparat rəhbəri son vaxtlar "Neftçi İdman Klubu"nun yetirmələrinin beynəlxalq yarışlarda, avropa və dünya çempionatlarında uğurlu nəticələr qazandıqlarını bildirib. Sadıq Sadıqov Azərbaycan Prezidenti İlham Əliyevin ölkə idmanının və olpimpiya hərəkatının inkişafına göstərdiyi qayğını xüsusi vurğulayaraq, Bakıda baş tutacaq ilk Avropa Oyunlarının da yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu qeyd edib. "Neftçi İdman Klubu"nun üzvü, Avropa Çempionu Boyanka Kostova və ağırlıq qaldırma üzrə məşqçi Nizami Paşayev onlara göstərilən etimada görə İctimai Birliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Digər xəbərlər

Xəbər xətti