"Daily Express": "Real" De Xeadan imtina edib

22:02 23 Aprel 2015

"Real" artıq "Mançester Yunayted"in qolkiperi David De Xea ilə maraqlanmır.

 

SportArena.az xəbər verir ki, Madrid klubu diqqətini "Stok Siti"nin qapıçısı Asmir Beqoviçə yönəldib. Bosniyalının transfer detalları barədə məlumat verilmir. Qeyri-rəsmi mənbələr isə "Real"ın Beqoviçə görə 13 milyon avro ödəyəcəyini iddia edirlər.



Cari mövsümdə Premyer Liqada 33 matçda meydana çıxan Beqoviç qapısında 41 qol görüb.


Xəbər xətti