FOTOLAR DÇ-nin kondisionerli stadionu

12:32 24 Aprel 2015

Qətər 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlıqlara başlayıb.



SportArena.az xəbər verir ki, artıq inşası planlaşdırılan "Al-Rayyan" stadionunun layihəsi təqdim edilib. Sözügedən stadionda Dünya Çempionatının qrup mərhələsinin və dörddə bir finalın matçları keçiriləcək. Tamaşaçı tutumu 40 min olacaq nəhəng stadion 2019-cu ildə istismara veriləcək. Bu layihə digərlərindən bəzi xüsusiyyətlərinə görə fərqlənəcək. Hava tempraturunu normal qaydada saxlamaq üçün stadiona kondisionerlər quraşdırılacaq. 

Futbolçular və azarkeşlər üçün rahat şərait təmin etmək üçün bütün şərtlər nəzərə alınacaq. Stadionun tikinti prosesi ilə bağlı video görüntü də yayımlanıb.


Digər xəbərlər

Xəbər xətti