SON DƏQİQƏ: Lənkəranlı futbolçular 7 qolla qalib gəldi

16:52 24 Aprel 2015

U-14 liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

 

SportArena.az xəbər verir ki, doğma meydanda "Ağstafa Gəncləri"ni qəbul edən "Xəzər Lənkəran" 7:1 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırıb. Komandanın heyətində qolları Tural Bayramov (2), Qədir Həsənov (2), Xəyal Bədirov (2) və Aydın Ağazadə vurublar. Qeyd edək ki, 1/4 finalda cənub təmsilçisinin rəqibi "Qəbələ" olacaq.


Xəbər xətti