"Qarabağ"ın vitse-prezidenti "Neftçi" üzərindəki qələbəni SportArena.az-a şərh etdi

11:04 26 Aprel 2015

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Neftçi" öz meydanında "Qarabağ"a məğlub oldu. Qələbəni şərh edən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl fikirlərini belə izah edib:

 

"Bu gün də komandamız parlaq oyun göstərə bildi. "Qarabağ" hər turda öz maraqlı və baxımlı oyunu ilə diqqət çəkir. İndi xal ehtiatımızı daha da yüksəltik və bizi izləyən rəqiblərdən bir qədər də uzaqlaşdıq. Amma bu o demək deyil ki, biz artıq çempionuq. Çempionluq üçün qarşıdakı oyunları da qələbə ilə başa vurmalıyıq".

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti