İngilis futbolçu üçün ŞOK hadisə: İki milyonu yoxa çıxdı

11:00 28 Aprel 2015

İngiltərənin aşağı liqasında mübarizə aparan futbolçuya böyük məbləğdə ziyan dəyib.

 

SportArena.az xəbər verir ki, "Roterhem" klubunda çıxış edən Frazer Richardsonun evində oğurluq hadisəsi baş verib. Belə ki, hələlik şəxsiyyəti məlum olmayan şəxslər Richardsonun evindən 2 milyon dəyərində nəğd pul və qiymətli əşyalar aparıblar. Hadisə gecə saatlarında, futbolçu və ailəsinin evdə olmayan zaman baş verib.

Məsələ ilə bağlı İngiltərə polisi araşdırmalara başlayıb.

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti