SON DƏQİQƏ: Karlos Keyruş növbəti 3 ili də İran millisində keçirəcək

11:46 28 Aprel 2015

Karlos Keyruşla yollarını ayırmaqda qərarlı olan İran Futbol Federasiyası bu dəfə fərqli açıqlama yayıb. SportArena.az xəbər verir ki, artıq portuqaliyalı çalışdırıcı ilə yeni müqavilə bağlanıb.
 


“Tehran Times” nəşrində yer alan xəbərə əsasən, federasiya Keyroşla 2018-ci ilə kimi müqaviləni uzatmağa qərar verib. Mütəxəssislə isə artıq bütün problemlərin həll olunduğunu bildirilib. Artıq onun öhdəsinə hədəf də qoyulub. Belə ki, təcrübəli məşqçi İran milli komandasını 2018-ci il Dünya Çempionatına çıxartmalıdı.  
 
Xatırladaq ki, Karlos Keyroş tutduğu vəzifədən ötən ay istefa vermişdi. İran Futbol Federasiyası bu qərarı millinin İsveçə 3-1 hesablı məğlubiyyətindən sonra açıqlanmışdı.


Digər xəbərlər

Xəbər xətti