Türk vəkil: "Qarabağ"ın məsələsinə Lozannada yenidən baxılacaq"

16:42 28 Aprel 2015

"Qarabağ"ın ürkiyəli vəkili Qürur Qayə Günal türk mediasına bildirib ki, "Qarabağ" UEFA-nın Avropa Liqasının qrup mərhələsi çərçivəsində "İnter"lə matçdakı sayılmayan qol ilə bağlı yekun qərarından razı deyil və bununla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət  edəcək.



"Biz hakimin səhv qərarları ilə bağlı UEFA-ya şikayət etsək də, buna arzuladığımız şəkildə cavab ala bilmədik. Bunu da onunla izah etdilər ki, hakim epizodu elə görüb və qərarı dəyişə bilməzlər. Bu üzdən də biz bu qərarla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyik və məsələyə Lozannada baxılacaq".


Digər xəbərlər

Xəbər xətti