"Barselona"nın forvardı "Arsenal"a keçə bilər

17:26 29 Aprel 2015

"Barselona"nın forvardı Pedro Rodriqes karyerasını İngiltərədə davam etdirə bilər.

 

SportArena.az xəbər verir ki, "Arsenal" ispan futbolçunu heyətinə qatmaq istəyir. Yaxın günlərdə klublar arasında danışıqların başlanacağı bildirilir.

Qeyd edək ki, cari mövsümdə 42 matçda meydana çıxan Pedro 10 dəfə fərqlənməklə yanaşı, 7 məhsuldar ötürmə ilə də yadda qalıb.


Xəbər xətti