FOTOLAR Ulduzdan müsəlmansayağı and: “Bakirlik…”

22:55 29 Aprel 2015

Fransanın PSJ klubunun müdafiəçisi David Luizin çox maraqlı bir özəlliyi ortaya çıxıb.

 

 

SportArena.az xəbər verir ki, David Luiz Braziliyadakı “Gözləməyə qərar verdim” hərəkatının üzvüdür. Bu hərəkatın özəlliyi də üzvlərinin “doğru adamı gözləyərək” evlənmədən öncə cinsi əlaqəyə girməməsidir.

 

“El Mundo Deportivo”nun xəbərinə görə, braziliyalı futbolçu ilə bərabər sevgilisi Sara Madeira da evlənmədən öncə cinsi əlaqəyə qarşı olan bu hərəkatın üzvüdür. Belə ki, “Doğru adamı gözləmək” fəlsəfəsi ilə hərəkata üzv olan məşhur ulduz ilk cinsi əlaqəsi üçün evlənməyi gözləyənlərdəndir. Məlumata görə, sevgilisi ilə aralarındakı razılaşmaya görə, David evlənmədən əvvəl heç kimlə cinsi əlaqəyə girməyəcəyinə dair söz verib.

 

Xəbərdə 28 yaşlı ulduzun indi 24 yaşı olan sevgilisi Sara ilə yeniyetməlik vaxtından bəri dost olduqları bildirilib.

 

Hərəkatın lidero Nelson Cunyor belə deyib: “Futbolda alışılmış vəziyyət olmadığına görə polemikaya səbəb olacaq, amma David bizim hərəkata üzv olmazdan əvvəl də sosial şəbəkələrdə bizi həmişə dəstəkləyib”. Xəbərdə Luizin idealı hesab etdiyi dünya şöhrətli ulduz Kakanın da bu hərəkata üzv olduğu və 2005-ci ildə evlənənə qədər cinsi əlaqəyə girmədiyi yer alıb.

 

Qeyd edək ki, David Luizin bu seçimi Tvitter Türkiyə siyahısında trend olub.


Xəbər xətti