A seria: "Parma" liqanı tərk etdi

16:25 30 Aprel 2015

İtaliya A Seriyasını tərk edəcək bir klubun adı müəyyənləşib.

 

SportArena.az xəbər verir ki, buna çempionatın dünənki oyunlardan sonra aydınlıq gəlib.  Belə ki, İtaliyanın ən köklü klublarından biri olan və hazırda maliyyə problemləri içərisndə boğulan "Parma" çempionatın sonuna 5 tur qalmış A seriyası ilə vidalaşıb. Son oyunda "Latsio"ya 4-0 hesabı ilə məğlub olan komanda A seriyasını bu mövsüm üçün tərk edəcək ilk klub olub.
Qeyd edək ki, 1913-cü ilə yaranan "Parma" İtaliyanın ən köklü klublarından biridir.


Digər xəbərlər

Xəbər xətti