SON DƏQİQƏ: "Köhlən atlar" Qəbələyə yollandı

21:35 30 Aprel 2015

Azərbaycan Premyer Liqasının 32-ci turunda "Qəbələ"nin qonağı olacaq "Qarabağ" bu gün Qəbələyə yollanıb.

 

SportArena.az xəbər verir ki, bu gün bazasındakı stadionda səhər məşqi ilə kifayətlənən "köhlən atlar" sabaha bir məşq planlaşdırıb. Bu mövsüm ərzində "Qəbələ"ylə üç dəfə qarşılaşan ağdamlılar bir dəfə qələbə qazanıb, digər iki qarşılaşmada isə məğlub olub.

"Qəbələ" - "Qarabağ" oyunu mayın 2-də saat 19:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.


Xəbər xətti