VİDEO Nadir Qasımovun top davası

21:42 30 Aprel 2015

Futbol üzrə Azərbaycan çempionatının 1-ci divizionunda bu gün “Şuşa Qarabağ” “İnter Arena”nın 4-cü meydançasında “Qaradağ Lökbatan”ı qəbul etdi. SportArena.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi qolsuz başa çatsa da, ikinci 45 dəqiqədə tərəflər hərəyə 1 dəfə fərqlənə bildi.
 

Qarşılaşma ərzində ev sahibinin baş məşqçisi Nadir Qasımov daha çox diqqət mərkəzindi. Oyunun gedişində əsəblərinə hakim ola bilməyən təcrübəli çalışdırıcı hər epizoda narazılığını bildirirdi. Onunla bağlı ən maraqlı məqam isə ikinci hissənin ortlarında yaşandı. 

Oyun zamanı futbolçulardan birinin zərbəsi o qədər güclü oldu ki, top stadionu tərk etdi. Bu zaman stadionun ərtafında olan azyağlı uşaqlar topu gizlətdilər. “Şuşa Qarabağ”ın təmsilçilərinin israrına baxmayaraq, uşaqlar götürdükləri topu geri qaytarmaq fikrində deyildi. Bunu görən Qasımov əsəbləşərək, məsələyə müdaxilə etdi. Oyunu və məşqçiliyi unudan Nadir bəy tribunanın hasarına çıxaraq əsəbi şəkildə uşaqlardan topu geri qaytarmaqlarını istədi. Onun bu addımı müsbət sonluqla bitdi və top qaytarıldı. Maraqlı anın görüntüsünü əməkdaşımız qeydə alıb. Həmin videonu təqdim edirik.futbolinfo.az


Digər xəbərlər

Xəbər xətti