"Neftçala"nın kapitanı: "Rəvan" komandası kortəbii oynayır"

23:58 30 Aprel 2015

Bu gün MOİK-i məğlub edən "Neftçala" klubu çempionluğa bir qədər də yaxımlaşdı. Son turlar uğurlu çıxış edən Neftçala komandası bu oyunda da 4 qol vuraraq, zirvədə möhkəmləndi.

 

SportArena.az olaraq, matçdan sonra "Neftçala" komandasının kapitanı Nakim Vəliyevlə əlaqə saxlayıb, oyun haqqında fikirlərini öyrəndik:

 

"Biz hər oyuna final kimi yanaşırıq və meydana ancaq qələbə qazanmaq üçün çıxırıq. MOİK-lə oyuna da eyni əhval-ruhiyyədə çıxdıq. Şadam ki, sonda sevinən tərəf biz olduq.

"Rəvan"la oyunumuz isə mətbuatda çox danışıldı. "Rəvan" yaxşı olar ki, ilk olaraq, oyunun videosuna baxsın, sonra oyun barədə danışsın. Bu komanda çox kortəbii oynayır".

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti