FOTO+VİDEO "Neftçi" "Stadium Tour" lahiyəsinə start verdi

15:05 1 May 2015

“Neftçi” PFK-nın Müşahidə Şurasının ilk iclasında qəbul olunmuş “Stadium Tour” layihəsinə start verilib.
 
 
SportArena.az xəbər verir ki, layihənin ilk qonaqları 16 yaşlı qızlardan ibarət komandanın üzvləri olub. Görüşdə futbolçular əvvəlcədən müəyyən olunmuş marşruta əsasən “Bakcell Arena” stadionunun ərazisini gəziblər. Onlara ilk olaraq arenanın media mərkəzi və mətbuat zalı göstərilib. Daha sonra qonaqlar stadionun “Neftçi” PFK-ya aid paltardəyişmə otağında olublar. “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvləri, veteran futbolçular – Mübariz Zeynalov, Səməd Qurbanov, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və digər nümayəndələr “Mix Zone”nın qarşısında futbolçularla görüşüblər.
 
Rəsmilər “Neftçi”nin tarixində qızlardan ibarət ilk komandanın üzvlərinə öz tövsiyələrini verib və onlara karyeralarında uğurlar arzulayıblar. Bundan sonra “Stadium Tour” meydançada gəzinti ilə davam edib. Qonaqlara “Neftçi”nin rəmzi olan hədiyyələr - forma və şərf təqdim olunub. Mərkəzi “Skybox”ları gəzən futbolçulara stadionun “catering” bölməsi göstərilib. Tədbirin sonunda qonaqlara xatirə şəkilləri təqdim olunub.


Xəbər xətti