Kristian Hinterberqer: "İlk Avropa Oyunlarının Azərbaycanda təşkil olunması möhtəşəm hadisədir"

12:58 2 May 2015

İlk Avropa Oyunlarının Azərbaycanda təşkil olunması möhtəşəm hadisədir. Azərbaycanda mükəmməl idman infrastrukturunun yaradıldığını bilirəm. Ölkəniz “Bakı-2015” ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək.

 

Bu sözləri Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Kristian Hinterberqer azərtac-a müsahibəsində deyib.

Kristian Hinterberqer bildirib ki, ilk Avropa Oyunları Olimpiya Oyunlarının yığcam modelidir. “Bakı-2015”in idman proqramı da demək olar ki, Olimpiya Oyunları ilə eynidir. Bir neçə qeyri-Olimpiya idman növünün “Bakı-2015”in proqramına salınması isə uğurlu addımdır. Ümid edirəm ki, ilk Avropa Oyunları maraqlı olacaq və azarkeşlər çoxnövlü idman yarışından zövq alacaqlar.

“Fair play”in ilk Avropa Oyunlarının ayrılmaz hissəsi olacağını bildirən Kristian Hinterberqer ölkəmizdə bu sahədə əldə edilən uğurları və həyata keçirilən layihələri yüksək qiymətləndirib.


Digər xəbərlər

Xəbər xətti