İngilis futbolçu ağır itki ilə üzləşdi

16:24 2 May 2015

İngiltərəli müdafiəçi Rio Ferdinanda ağır itki baş verib.

 

SportArena.az xəbər verir ki, ingilis futbolçunun xərçəng xəstəliyindən əziyyət çəkən həyat yoldaşı Rebekka Ferdinand dünyasını dəyişib. Rio Ferdinandın həyat yoldaşı haqda dediyi sözləri sizə təqdim edirik:

"Ruh əkizim dünən çox uzaqlara getdi. Mənim möhtəşəm həyat yoldaşım Rebekka, xərçəng xəstəliyi ilə apardığı qısa mübarizədən sonra dünyasını dəyişdi. O, bizim 3 övladımız üçün gözəl və sevgi dolu bir ana oldu".


Xəbər xətti