FOTO Futbol matçında meydana atılan maddə qapıçını kar etdi

14:30 4 May 2015

Futbol üzrə Rumıniya çempionatının 30-cu turunda Buxarestin "Dinamo" və "Styaua" komandaları arasında keçirilən görüşdə insident baş verib.

 

SportArena.az xəbər verir ki, azarkeşin meydana atdığı fayer qonaq komandanın qapıçısı Qyedrius Arlauskisin ciddi xəsarət almasına səbəb olub.

Nəticədə o, eşitmə qabiliyyətini itirib. Hadisə matçın 46-cı dəqiqəsində baş verib. Fayer əlcək sahibinin qulağına yaxın məsafədən keçib və nəticədə qapıçının sağ qulağı kar olub. Bundan sonra hakim futbolçuları paltardəyişmə otağına göndərib. Nəticədə oyunda fasilə yaranıb. 20 dəqiqədən sonra komandalar meydana qayıdıb. Xəsarət alan qapıçı da geri dönərək oyunu davam etdirib.

Qeyd edək ki, "Dinamo" və "Styaua" arasında görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbər xətti