Jurnalistlər voleybol oynayacaqlar

18:30 4 May 2015

Mayın 5-də idman jurnalistləri arasında voleybol matçı keçiriləcək. Tədbir Azərbaycan Voleybol Federasiyası (AVF) ilə sabah 3 yaşı tamamlanacaq İdman Araşdırmalar Mərkəzinin (İAM) birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçiriləcək görüşdə məqsəd "Bakı 2015" I Avropa Oyunlarına jurnalist dəstəyi vermək, habelə, federasiya ilə KİV arasında münasibətləri daha da sıxlaşdırmaqdan ibarətdir. "Sağlam həyat tərzi" devizi altında təşkil olunacaq görüşdə televiziya və yazılı media nümayəndələrindən ibarət komandalar üz-üzə gələcək. Oyun AVF-nin idman zalında keçiriləcək.

Matçın ardından yarış iştirakçılarına hədiyyələr təqdim olunacaq.


Digər xəbərlər

Xəbər xətti