MÜSAHİBƏ- "Bu gün Çingiz Abdullayevdir, dünən mən idim"

21:49 4 May 2015

"Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqovun SportArena.az-a müsahibəsi

 

 

"Neftçi"nin son zamanlardakı çıxışını necə dəyərləndirirsiz?

-"Futbolçu psixologiyası biraz fərqlidir. Yəni onlarla işləmək insanda bacarıq tələb edir. Bu gün "Neftçi" çempionluqdan uzaq düşüb. Məncə, bunda əsas səbəb futbolçularda olan ruhsuzluqdur. Komandanın rəhbərliyində yeni insanlar var. Əlbbətdə onlar da istəyirlər ki, qələbə qazansınlar, uğur olsun. Yenə deyirəm, futbolçularda ruh düşkünlüyü ola bilər.

 

Sadıq Sadıqov prezident olduğu zamankı "Neftçi" ilə indiki "Neftçi" arasında fərq çoxdu?

-Bizim vaxtımızda komanda tam olaraq yığılmışdı və demək olar ki, komanda tarixinin ən güclü dövrünü yaşadı. Amma bu gün biraz zəifləyib "Neftçi". İndi kubok matçına çıxacaqlar. İnanıram ki, komandamız orada qalib gələrək kuboku qazanacaq.  Çempionluq şansı itdiyinə görə, "Neftçi" kubok matçını mütləq qalib başa vurmalıdır. Çünki, belə köklü komanda mövsümü titulsuz başa vurması yaxşı hal deyil. "Neftçi" dalbadal 5 dəfə Avropa kuboklarına vəsiqə qazanan yeganə klubumzudur. Bax burada da ilki "Neftçi" etdi. Komanda Avroliqaya vəsiqə qazansa da, kubokun finalı bizim üçün əhəmiyyətlidir. Uğura inanıram.

 

Son zamanlar "Neftçi" əməkdaşları kütləvi şəkildə işindən azad olunur. Buna münasibətiniz necədir?

-Mən inanmırm ki, xalqın yazıçısı, xalqın içindən çıxab bir insan hansısa xadiməni və ya sadə təhlükəsizlik işçisini səbəbsiz işdən çıxartsın. Mən "Neftçi"dən gedəndə bəzi əməkdaşlarımız da mənimlə bərabər ərizələrini yazıb "Neftçi"dən getdilər, bəziləri də işində davam etdi. Mən inanmıram ki, Çingiz Abdullayev kimisə səbəbsiz yerə işdən çıxarsın. İnanmıram buna. O, sadə xadiməni, təhlükəsiz xidmətinin işçisini işdən azad etməz.

 

İşdən çıxarılanlar sizin zamanınızda "Neftçi"yə gəlib. Sizcə, bu səbəb ola bilər onların işdən azad olunmasına?

"Neftçi" xalqın komandasıdır. Biz klubda olduğumuz dönəmdə böyük uğurlar qazandıq.  2011-ci ildən bu yana hər il kubok və kuboklar qazandıq. Elə il olmadı ki, nəticə qazanmayaq. Əlbətdə ki, sponsorumuzun qayğısı, azarkeşlərin dəstəyi, klubda xadimədən tutmuş futbolçuya qədər hər kəsin fədakarlığı nəticəsində bu qızıl tarixi yazdıq. Ona görə demək olmaz ki, bu kiminsə adamıdır onu işdən çıxaraq. Yenə deyirəm hörmət etdiyim Çingiz Abdullayevin adının belə işlərdə hallanmasına qarşıyam. İnanmıram ki, o günahsız işçiləri klubdan kənarlaşdırsın.

 

Prezident vəzifəsindən gedəndən sonra "Neftçi" ilə münasibətiniz necədi?

-Bu gün Çingiz Abdullayevdir, dünən mən idim və sabah tamam başqası olacaq. Ona görə də bu önəmli bir şey deyil. Mən bu gün də "Neftçi"nin yanındayam və onları hər zaman dəstəkləyirəm. "Neftçi" yenə azarkeşlərini sevindirəcək. Bu uğurun davamı gələcək.

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti