“Qəbələ” üçün yarımfinal və 1/4

10:46 5 May 2015

“Qəbələ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə komandaları növbəti oyunlarını keçirib. SportArena.az xəbər verir ki, Akademiyanın yetirmələri AFFA-nın təşkil etdiyi liqalarda qüvvələrini sınayıblar.
 
 

U-19 komandası səfərdə “Qarabağ”a məğlub olub - 0:1. 27 oyundan sonra 56 xalla 2-ci olan “qırmızı-qaralar” növbəti turda “Neftçi”ni qəbul edəcək. Artıq çempionluğu təmin edən U-17 öz meydanında “Qarabağ”a uduzub – 1:2. 21 matçda 54 xal toplayan “qırmızı-qaralar” son turda səfərdə “Sumqayıt”la qarşılaşacaq.

U-16 öz meydanında “Vətən”lə qarşılaşıb. 3 xalı 3 qolla qazanan (3:1) qəbələlilər 26 matçda topladığı 63 xalla çempionatın lideridir. Adıçəkilən komanda növbəti turda “Rəvan”ın qonağı olacaq. 

Son qarşılaşmasında “Qarabağ”ı 5 cavabsız qolla keçən U-15 qarşıdakı turda “Simurq”un qonağı olacaq. 24 görüşdə 56 xal toplayan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.

U-14 1/4 final mərhələsində “Xəzər Lənkəran”la qarşılaşıb. Qəbələ təmsilçisi hər iki matçda qalib gəlib: səfərdə 2:0, evdə 1:0. Yarımfinala yüksələn komanda “Neftçi” PFK ilə üz-üzə gələcək. 

U-11 1/8 finalda Saatlı UGİM-i ilə qarşılaşıb. 4:2 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə “Qəbələ” “Neftçi” İK İB ilə görüşəcək.


Digər xəbərlər

Xəbər xətti