FOTOLAR "Neftçala" rəhbərliyi azyaşlı futbolçuları tək qoymadı

11:26 5 May 2015

"Neftçala"nın aşağı yaş üzrə komandası daha bir uğura imza atıb.

 

SportArena.az xəbər verir ki, bütöv neftçalalı uşaqlardan təşkil olunmuş komanda çempionatın final mərhələsinə vəsiqə qazanıb ki, bu da komanda tarixində bir ilkdir. Belə son matçda "Xəzər Lənkəran"a 3:1 hesabı ilə məğlub olan "Neftçala" komandasına dəstək üçün klub rəsmiləri futbolçu və məşqilər də gəlmişdi. Paytaxtda baş tutan matçda prezident Famil Səfiyev, klub rəsmilərindən Elnur İsmayılov, əsas komandanın baş məşqçisi Kamal Quliyev və komandanın kapitanı Nakim Vəliyev də iştirak edirdi.

Qeyd edək ki, uşaq futbolunun inkişafı üçün böyük işlər görən "Neftçala" klubunun digər yaşlar üzrə də iddialı komandası var.

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti