"Xəzər Lənkəran"ın idman direktoru: "Ebola virusu yoxdur, varsa da dərmanı yoxdur"

12:54 5 May 2015

Yayılan xəbərlərə görə, Xəzər Lənkəran"ın idman direktoru Yunis Hüseynov və klubun tərcüməçisi Elvar Quliyev ebola virusuna görə Afrikaya buraxılmayıb(http://sportarena.az/news/35963).

 

SportArena.az olaraq, cənub klubunun rəsmisi Yunis Hüseynovla əlaqə saxlayıb, məsələ haqqında soruşduq:

"Birincisi ebola virusu yoxdur. Varsa da onun dərmanı yoxdur. Biz Afrikaya getmək üçün dünən peyvənd olunmuşuq. Amma bu o demək deyil ki, bu virusa görə səfərimiz gecikir. Sadəcə olaraq, peyvənd öz effektini 10 gündən sonra verəcək. Afrikanın hər yerində ebola var bəyəm? Yazanda baxın da nə yazırsız(gülür).

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti