RƏSMİ AÇIQLAMA Andrey Popoviçyə "Qəbələ"yə keçməyə çox yaxındır

14:37 5 May 2015

Son günlər yayılan xəbərlərə görə, "Qəbələ" klubu "Sumqayıt"ın qapısını qoruyan Andrey Popoviçi transfer etmək istəyir.

 

SportArena.az olaraq, bu xəbərə münasibət öyrənmək üçün, "Qəbələ"nin baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Klub rəsmisi məsələ haqqında bunları dedi:

 

"Mösüm başa çatandan sonra, bəzi futbolçular var ki, onları heyətimizə cəkb etməyə çalışacağıq. Andrey Popoviç də bizim transfer siyahımızda yer alır. Amma bu keçidlə bağlı hər-hansı bir razılıq hələ əldə olunmayıb. Keçid rəsmiləşəndə sonra ətraflı danışa bilərik bu qapıçı haqqında".

 


Digər xəbərlər

Xəbər xətti