"Xəzər Lənkəran" gənclərinin taleyinə aydınlıq gəldi: Əsas komandada kimlər qalacaq?

14:17 6 May 2015

Növbəti mövsüm üçün iddialı komanda formalaşdırmağı qarşısına məqsəd qoyan "Xəzər Lənkəran" hazırkı heyətdə yer alan futbolçuların da taleyinə aydınlıq gətirib.

 

SportArena.az saytına danışan klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu məsələ haqqında bunları deyib:

"Komandamıza yeni futbolçular cəlb olunacaq. Amma yerli gənclər üçün komandada qalmağa şərait yaradılacaq. Yəni ki, bu vaxta qədər özünü doğrultmuş futbolçular qalacaq, digərləri haqqında isə sonradan qərar veriləck. Əsas heyətdə möhkəmlənə bilməyən futbolçuların bəziləri klubdan gedəcək, bəziləri isə əvəzedici heytə mübarizə aparacaq".

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti