SON DƏQİQƏ: Kuarejma Azərbaycan çempionatında çıxış edə bilər

14:44 6 May 2015

Zaqatala futbolsevərlərinin gözü aydın – onların könül verdiyi “Simurq” dağılmayacaq. Bölgə klublarının dağılmasına əngəl olmaq istəyən AFFA rəhbərliyinin də məsələyə müdaxiləsindən sonra daha bir klubumuzun süqutunun qarşısı alınmaq üzrədi.
 

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin gedişindən sonra maliyyə problemləri yaşayan “Simurq”un dağılacağı deyilsə də, deyəsən, bu, baş verməyəcək. Əldə etdiyimiz məlumata görə, zaqatalalılara artıq sponsor tapılıb. Belə ki, növbəti mövsümdən komandanı Rusiyanın nəhəng “LukOİL” şirkəti maliyyələşdirəcək. “Sarı-qaralar”ın bu şirkətin rəhbəri Vahid Ələkbərovun oğlu Yusif Ələkbərova tapşırılacağı gözlənilir və əyalət təmsilçisinin üzümüzə gələn mövsüm çempionluğa oynayacağı da gələn xəbərlər arasındadı. Hətta yayda komandaya supertransferlər olunacağı gözlənilir. Heyətə cəlb olunacaq futbolçulardan biri də hazırda Portuqaliyanın “Portu” klubunun şərəfini qoruyan Rikardo Kuarejmanın olduğu söylənilir.

Son günlər uşaq komandalarında çalışan məşqçilərin işdən çıxarılacağı deyilsə də, sponsor tapıldıqdan sonra onlarında maaşlarının yarıbayarı azaldıması şərti ilə komandada qalacağı deyilir. Baş məşqçi Georgi Çixradze və köməkçiləri, eləcə də futbolçular yalnız yeni sponsorun gəlişindən sonra talelərinin necə olacağını biləcəklər. Elə komandanın indiki rəhbərliyinin idarəetməyə davam edib-etməyəcəyini Ələkbərov müəyyənləşdirəcək.

İstənilən halda, komandada kimin qalıb-qalmamasından asılı olmayaraq, əsas odu ki, Zaqatalada futbol yaşayacaq. Həm də “böyük qardaş” “İnter”dən asılı olmayan müstəqil klubun timsalında...futbolinfo.az


Digər xəbərlər

Xəbər xətti