FOTO Tevezdən Alleqriyə: "Cəhənnəm ol, qorxaq!"

18:12 6 May 2015

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Yuventus”un “Real” üzərində qazandığı qələbənin memarlarından olan Karlos Tevez başqa məqamla da yadda qalıb. Argentinalı hücumçu baş məşqçi Massimiliano Alleqrinin ünvanına təhqiramiz ifadə işlədib.
 
 
“Yuventus” 2:1 hesabı ilə öndə olarkən Alleqro 86-cı dəqiqədə Tevezi yarımmüdafiəçi Roberto Pereyra ilə əvəzləyib. Forvardın kənara gələrkən öz-özünə deyinməsi diqqətdən qaçmayıb. Alleqri onunla görüşməyə gələndə isə gözləmədiyi vəziyyətlə üzləşib. Belə ki, Tevez ona “cəhənnəm ol, qorxaq!” deyib. Onun bu sözləri videokameraların da yaddaşına düşüb.
 
Qeyd edək ki, “Yuventus”un ilk qolunda böyük rol oynayan Karlso Tevez qələbə topunun da müəllifi olub.


Xəbər xətti