FOTO Ronaldonun keçmiş sevgilisi evləndi

18:41 6 May 2015

Dünyanın ən gözəl və seksual top modellərindən olan İrina Şeykin subaylığı çox çəkmədi.

 

SportArena.az xəbər verir ki, modelin aktyor Bredli Kuperlə münasibətdə olması barədə iddialar öz təsdiqini tapıb. 29 yaşlı Şeyk 40 yaşlı Kuperlə qol-qola görüntülənib. Məlumata görə, cütlük "MET Gala" gecəsindən sonra birlikdə Rihannanın verdiyi partiyə qatılıblar. Daha öncə isə onlar Brodveydə bir tamaşaçı birlikdə izləmişdilər. Cütlük Nyu Yorkdakı kostyum gecəsində - MET qalada da iştirak edib. 

Onlar gecəyə ayrı-ayrı gəlib, təklikdə çıxsalar da səmimi münasibətləri gözdən qaçmayıb. Hətta bəziləri onların gecə klubunun qaranlıq bölgələrindən birində öpüşdüklərini belə gördüklərini deyiblər. 

Xatırladaq ki, irina Şeyk futbolçu Ronaldo ilə beş illik münasibətini ilin əvəllində bitirib. 
Ayrılıqdan sonra İrinanın model Suki Vaterhousla da adı hallanmışdı.


Digər xəbərlər

Xəbər xətti