FOTO "Neftçi İdman Klubu"nun idmançıları Cənubi Koreyada daha 4 medal qazandılar

12:36 13 May 2015

Cənubi Koreyanın Seul şəhərində keçirilən "İBSA Dünya Oyunları"nın ikinci günündə üzgüçülük idman növü üzrə 100 m bel üstə məsafədə 1.03.05 s nəticəylə  Dmitriy Saley gümüş, 400 m sərbəst üsulla 4dəq 38 s nəticəylə Roman Saley bürünc medal qazanmışlar.
Atletika idman növü üzrə uzunluğa tullanmada Kamil Əliyev 7.01 sm nəticəylə qızıl, Valdimir Zaes isə nizə atma idman növündə 45.46 sm nəticəylə gümüş medal qazanmışlar.

Qeyd edək ki, hər 4 idmançı "Neftçi İdman Klubu"nun üzvüdür.


Xəbər xətti