“Mançester Siti”dən 100 milyonluq təklif

16:30 13 May 2015

Premier Liqada bu mövsüm istədiyi nəticəni əldə edə bilməyən ingilis klubu “Mançester Siti” gələcək mövsümün heyətini qurmaq üçün işlərə başlayıb.



SportArena.az xəbər verir ki, “Mançester Siti” fransız futbolçu Paul Poqbanı transfer etmək istəyir. Klub rəhbərliyi Poqbanın əvəzində “Yuventus”a Yaya Toure və bir miqdar pul təklif edib.

İtalyanların 100 milyon avro dəyər qoyduğu Poqba ilə “Real Madrid”, “Barselona” və PSJ də yaxından maraqlanır. İddialara görə, Poqbaya görə ən yaxşı təklifi ingilislər edib.

“Siti” rəhbərliyi Yaya Toure ilə yanaşı, Samir Nasri, Edin Ceko, Stevan Yovetiç və Aleksandr Kolarov kimi oyunçuları da Torino klubuna göndərməyə hazırdır.

“Mançester Siti”nin Poqbaya da həftədə 250 min funt sterlinq təklif etdiyi deyilir. İngilis klubu “Volfsburq”dan Kevin də Bruyneyi də heyətinə qataraq dinamik bir komanda yaratmaq istəyir. 

Qeyd edək ki, Paul Poqbanın 2019-cu ilə qədər “Yuventus”la müqaviləsi var.


Xəbər xətti