Paralimpiyaçılarımızdan növbəti uğur: 2 qızıl 1 gümüş

17:24 13 May 2015

Cənubi Koreyanın Seul şəhərində paralimpiyaçılar arasında keçirilən Ümumdünya oyunları davam edir.

 

SportArena.az xəbər verir ki, "Neftçi İdman Klubu"nun üzvləri mötəbər yarışda daha iki qızıl və bir gümüş medal qazanıblar. 400 metr məsafəyə qaçış yarışlarında "Neftçi İdman Klubu"nun üzvü Elmir Cəbrayılov hamıdan sürətli olaraq qızıl medal qazanıb. 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında idmançılarımız Dmitri Saley qızıl, Ruslan Saley isə gümüş medala sahib olub. Qeyd edək ki, Azərbaycan idmançıları indiyənə qədər Cənubi Koreyada 4 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Medal qazanan bütün idmançılar "Neftçi İdman Klubu"nun yetirmələridir.


Digər xəbərlər

Xəbər xətti