"Qarabağ"ın Reynaldosu: "Hər bir azarkeşimizi may ayının 16-da "Bakcell Arena"ya dəvət edirəm"

23:42 14 May 2015

"Qarabağ" klubunun braziliyalı futbolçusu Reynaldo Silva komandanın azarkeşlərini Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində keçiriləcək "Sumqayıt"la oyuna dəvət edib.
 
 
Sportarena.az xəbər verir ki, o, klubun feysbuk səhifəsində  bunları söyləyib:
 
Reynaldo Silva: "Hər bir azarkeşimizi may ayının 16-da "Bakcell Arena"ya dəvət edirəm. Biz birlikdə daha güclü oluruq".
 
Qeyd edək ki, mayın 16-da "Bakcell Arena"da keçiriləcək "Qarabağ" - "Sumqayıt" oyunu saat 20:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti