"Neftçala" sabah Qəbələyə gedir: Bu dəfə qəbələliləri sınağa çəkəcəklər

16:41 18 May 2015

Xəbər verdiyimiz kimi, "Neftçala" "Qəbələ"lə yoxlama oyunu keçirmək üçün hazırlıqlara başlayıb.

 

SportArena.az xəbər verir ki, Neftçala təmsilçisi sabah Qəbələyə yola düşəcək. Belə ki, 2 gün bu rayonda məşq edəcək "ağ-qaralar" daha sonra "Qəbələ"nin əsas meydançasında yerli komanda ilə qarşılaşacaq. Oyun saat 19:00-da baş tutacaq.

 

Qeyd edək ki, qarşıdakı turda hər iki komanda məlum səbəblərdən çempionat oyununa çıxmayacaqları üçün, bu addımı atıblar.


Digər xəbərlər

Xəbər xətti