"Qarabağ"ın Çempionlar Liqasındakı 8 potensial rəqibi

17:28 18 May 2015

2015/2016 mövsümünü qalib kimi qapayan "Qarabağ" ölkəmizi Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında təmsil edəcək.

 

SportArena.az xəbər verir ki, Ağdam təmsilçisi mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Hazırda aktivində 11.500 xal olan Qurban Qurbanovun komandası püşk zamanı "Seltik" (Şotlandiya), BATE (Belarus), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç), HİK (Finladniya), "Molde" (Norveç), "Videoton" (Macarıstan) və həmçinin Kipr və Danimarka çempionları ilə birgə səpələnmişlər səbətində yer alacaq.

Azərbaycan çempionu II təsnifat mərhələsində nisbətən zəif komandalarla qarşılaşacaq. "Qarabağ"ın 8 potensial rəqibi artıq bəllidir. Komandanın digər rəqibləri isə hələlik müəyyənləşməyib.

Birinci təsnifat mərhələsindəki 4 cütdən 3-ü "Qarabağ"la qarşılaşa bilər. 

"Qarabağ"ın 8 potensial rəqibləri bunlardır: "Dila" (Gürcüstan), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta).

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları isə 21-22 iyul tarixlərində keçiriləcək.


Xəbər xətti