Qari Nevilldən MY rəhbərliyinə: "De Xeanı satırsınızsa, Beyli alın"

22:28 18 May 2015

"Mançester Yunayted"in qolkiperi David De Xeanın növbəti mövsümdən etibarən karyerasını "Real"da davam etdirəcəyi gözlənilir.

 

"Sky Sports"da şərhçilik edən MY-nin sabiq müdafiəçisi Qari Nevill De Xeanın mümkün transferi barədə fikirlərini bölüşüb:

"Real" transfer bazarında özünü həmişə aqressiv aparır. Futbolçu ilə müqavilənin bitməsinə bir il qalmasına baxmayaraq, "Mançester Yunayted" artıq qərar qəbul etmək məcburiyyətində qalıb. Bu, "Real"ın De Xeanı almaq istəməsiylə əlaqədardı.

"Mançester Siti", "Çelsi", "Arsenal" və "Liverpul" - hamısı Qaret Beyli almaq istəyirlər. Oyunçunu "Real"a satmağa hazırlaşırsansa, əvəzində Beyli transfer etməyə çalışmalısan.

De Xea "Mançester Yunayted"in cari mövsümdəki ən yaxşı futbolçusu idi. Azarkeşlər onun qalmağını istəyirlər. Ancaq mətbuatdakı bütün bu xəbərlər transferin qaçınılmaz olduğu təəssüratını yaradır".


Xəbər xətti