Bu da fərq: Araz Abdullayev adam öldürəndə cərimə belə etmədilər, Kərim Benzemanı isə...

18:14 20 May 2015

Madrid "Real"ının futbolçusu Kərim Benzemanı polis saxlayıb.

 

SportArena.az xəbər verir ki, fransız futbolçu avtomobili sürücülük vəsiqəsi olmadan idarə edirmiş.

Yaxın günlərdə Benzemanın məhkəmə qarşısında cavab verəcəyi bildirilir.

Kərimi böyük miqdarda cərimə gözləyir. Çünki o, buna qədər də bir neçə dəfə yol hərəkəti qaydalarını pozub. Benzema martın 15-də sürət həddini aşdığına görə 18 min avro cərimə ödəməli olmuşdu. Həmin vaxt futbolçu 8 ay müddətinə avtomobil idarə etməkdən də məhrum edilmişdi.

Azərbaycanda da futbolçuların avtomobil idarə edərkən qaydaları pozması hallarına tez-tez rast gəlinir. Ancaq İspaniyadan fərqli olaraq, bizdə futbolçulara heç bir cəza tətbiq edilmir.

"Neftçi"nin futbolçusu Araz Abdullayev avtomobili sürətlə idarə edərkən, iki nəfəri vurmuşdu. Onlardan biri hadisə yerində dünyasını dəyişmişdi. Ancaq Abdullayev nəinki həbs olundu, heç cərimə də edilmədi.komanda.az


Xəbər xətti