Millinin keçmiş futbolçusu: "Türkiyə, Danimarka və Rusiya klublarından təkliflər var"

11:27 21 May 2015

Xəbər verdiyimiz kimi uğurlu mövsüm keçirən Nurlan Novruzova xarici klublardan təkliflər gəlməkdədir.

 

SportArena.az-ın əldə etdiyi xəbərə görə, Türkiyə və İsveç klublarından sonra Rusiyanın da bir klubu Nurlana elçi düşüb. Bu xəbərlərə münasibətini öyrənmək üçün, Nurlanla əlaqə saxladıq:

 

"Hazırda "Bakı"nın qarşıdakı oyunları haqqında düşünürəm. Çünki, məqsədim bacardıqca yaxşı uğur qazanmaqdır burda. İstəyirəm son turlarda da qollar vurub, "Bakı"ya qələbə qazandırım. Transfer məsələsinə gəlincə isə, "Hammarbü”ilə yanaşı Türkiyə, Danimarka və Rusiya klublarından təkliflər var. Amma hələlik seçim etməmişəm. Amma mən İsveç klubuna üstünlük vermək istəyirəm. Çünki, belə olan halda Avrapa klublarının diqqətini tez cəlb edə bilərəm. "Bakı"nın tarnsfer məsələsində mənimçün problem yaradacağına inanmıram".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti