"Kəpəz" prezidenti açıqladı: "Vidadi Rzayev də klubumuzda çalıacaq!"

11:50 22 May 2015

Son günlər Premyer Liqaya hazırlıq üçün qızğın işlər görən "Kəpəz"ə Şahin Diniyevin baş məşqçi təyin edildiyi barədə sizə xəbər vermişdik.

 

SportArena.az olaraq, bu gün klubun prezidenti Mehman Allahverdiyevlə əlaqə saxlayıb, klubda işlərin nece getdiyi haqqında soruşduq:

 

"Şahin Diniyev Gəncə futboluna bələddir. Burda həm oynayıb, həmdə baş məşqçi olub. İnanıram ki, onunla uğur əldə edəcəyik. Vidadi Rzayevə də klubda iş verərik. İlk olaraq, onunla danışacağıq, görək nə razılğıa gəlirik. Çünki, "Kəpəz"də indi görüləsi işlər çoxdu. Bizim məqsədimiz güclü komanda formalaşdırmaqdır. Gəncədə həmişə futbol olub və istəyirik əvvəlki gücümüzü geri qaytaraq".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti