Sumqayıtda "Xəzər Lənkəran" azarkeşləri ilə poılis arasında qalmaqal

22:59 22 May 2015

Bu gün Sumqayıtda keçirilən "Sumqayıt" - "Xəzər Lənkəran" matçında yerli polislərlə qonaq azarkeşlər arasında insident yaşanıb.

 

SportArena.az xəbər verir ki, qalmaqal matçdan öncə stadionda Binəqədidə baş vermiş məlum faciənin qurbanlarının ruhu 1 dəqiqəlik sükutla yad edilən zaman yaşanıb.

Belə ki, stadionda hər kə ayağa qalxaraq 1 dəqiqəlik sükuta riayət etsə də lənkəranlı fanatlar "Rahid, Rahid" deyərək "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevi alqışlayıb. Bu zaman isə polis əməkdaşları qonaq azarkeşlər olan sektora yaxınlaşaraq onları 1 dəqiqəlik sükuta dəvət edib. Qalmaqal da bu zaman yaranıb. Polislər lənkəranlı fanatlardann birinin əmrə tabe olmadığını əsas gətirərək ona sərt xəbərdarlıq edib. Yalnız digər fanatların müdaxiləsindən sonra ara bir qədər sakitləşib.

 

Matçdan sonra bizimlə söhbətində "Xəzər Lənkəran" azarkeşləri bildirdilər ki, onların Binəqədidə dünyasını dəyişən insanların ruhuna hörmətsizlik etmək fikirləri olmayıb. Sadəcə, fanatlardan biri stadionda səslənən elanı eşitmədiyi üçün qışqırmaqda davam edib. Polislərlə insident də bunun üstündə yaranıb.rekord.az


Digər xəbərlər

Xəbər xətti