Adı "Xəzər Lənkəran"la yanaşı çəkilən sabiq "Neftçi"li: "Danışıqlara başlamamışam"

00:00 25 May 2015

Xəbər verdiyimiz kimi "Neftçi"dən ayrılan Mirhüseyn Seyidov üçün bir-neçə komanda mübarizə aparır. Bu klublar arasında "Neftçi"nin əzəli rəqibi olan "Xəzər Lənkəran" və PTT liqa klubları da var.

 

SportArena.az olaraq, Mirhüseyn Seyidovla əlaqə saxlayıb, məsələ haqqında soruşduq:

 

"Məni bir-neçə komanda heyətinə qatmaq istəyir. Təkliflər həm Premyer Liqamızdan, həm də PTT-dən gəlir. Amma hələlik heç bir klub nümayəndələri ilə danışıqlara başlamamışam. Bəzi vacib işlərim olduğuna görə, transfer məsələm də yenilik olmayıb. Qarşıdakı günlərdə hansı kluba keçəcəyim aydınlaşacaq".

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti