Hamzaoğlu "Qalatasaray"ın tarixinə düşdü- Həm futbolçu kimi, həm də baş məşqçi kimi

00:19 27 May 2015

Qalatasaray” baş məşqçisi Hamza Hamzaoğlu öz klubunun tarixə düşüb. Dünən çempionluğu rəsmiləşən “sarı-qırmızılar”ın baş məşqçisi Hamza Hamzaoğlu həm futbolçu kimi, həm də baş məşqçi kimi bu sevinci yaşayıb.

 

SportArena.az xəbər verir ki, “Qalatasaray”dakı futbolçu kariyerasında 1992-1993 və 1993-1994 mövsümündə çempionluq yaşayan Hamzaoğlu, bu il də baş məşqçi kimi “Qalatasaray”ı çempion edib.

 

Qeyd edək ki, eyni klubda həm futbolçu, həm də baş məşqçi kimi ilk çempionluq yaşayan  “Fənərbaxça”ın keçmiş baş məşqçisi Aykut Kocaman olub. O, futbolçuluq kariyerasında 1988-1989, 1995-1996-cı illərdə, baş məşqçi kimi isə 2010-2011-ci ildə çempionluq yaşayıb.


Xəbər xətti