“Kəpəz”in Müşahidə Şurası təsdiqləndi və fəaliyyətə başladı

22:36 27 May 2015

“Kəpəz” klubunun Müşahidə Şurasının ilk iclası baş tutub. Klubdan verilən xəbərə görə, iclasda AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Müşahidə Şurasının üzvləri təsdiqlənib. Qəbul onunan qərara əsasən, Müzəffər Qasımov (futbol veteranı), Xanlar Fətiyev (Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı), Elmir Vəliyev ("Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri), Mikayıl Quluyev (AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, Əməkdar jurnalist), Sərxan Babayev ("DET-AL Alüminium" MMC-nin baş direktoru), Namiq Məmmədov ("Gəncə şərab-2" ASC-nin Müşahidə Şurasının sədri), Müşfiq Cəfərov (Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi) Şuranın üzvləri, "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev isə "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri seçilib.


Xəbər xətti