"Xəzər Lənkəran"ın futbolçusu SportArena.az-a danışdı: "Yeni kluba keçirəm"

09:48 30 May 2015

Xəbər verdiyimiz kimi "Xəzər Lənkəran"ın gənc hücumçusu Ağabala Ramazanov mövsüm sonunla Lənkəran klubunu tərk edəcəkdi.

 

SportArena.az olaraq, Ağabala ilə əlaqə saxlayıb, məsələ haqqında soruşduq:

 

"Xəzər Lənkəran"ın ofisində rəhbərliklə halallaşıb, sağollaşdım. Bir-neçə klubdan təklif almışam. Buların arasında həm PTT klubları, həm də yerli klublar var. Amma "Sumqayıt"a keçidim daha real görünür. Etiraf edim ki, onlarla ilkin danışığım olub".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti