"Qarabağ" azarkeşləri üçün pulsuz bilet, yol xərci isə...- RƏSMİ AÇIQLAMA

12:33 1 İyun 2015

Qəbələdə baş tutacaq kubokun final oyununa "Qarabağ"ın bəzi fan-klubları öz hesabına gedəcək.

 

SportArena.az-a açıqlama verən "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov bu barədə məlumat verib:

 

"Biz azarkeşlərimiz üçün pulsuz biletləri artıq əldə etmişik və həmin biletlərin azarkeşlərə paylanılması prosessi başlayıb. Fan-klubların Qəbələyə aparılmasında isə vəziyyət fərqlidi. Çünki, bəzi azarkeş qruplarımız öz hesabına final matçına getmək istəyir. Buna görə də, oyunda olacaq fanatların bir qısmi "Qarabağ"ın hesabına, bir qismi isə öz hesabına yol xərclərini ödəyəcək".

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti