Elxan Məmmədov: "Avropada da bəzən böyük klublara lisenziya verilmir"

15:44 2 İyun 2015

"Bizdə ölkədə belə bir fikir yaranıb ki, komanda I Divizionda birinci yeri tutubsa, mütləq Premyer Liqada çıxış etməlidi".

 

Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

SportArena.az xəbər verir ki, Birinci Diviziond haqqında danışan Məmmədov fikrini belə izah edib:

 

"Komandalar daha peşəkar yanaşmalıdı. Neçə ildi ki, biz lisenziyalaşdırma prosesini tətbiq etmişik. Bu, 1 günlük iş deyil. 7-8 ay ərzində əməkdaşlarımız, UEFA nümayəndələri ilə birlikdə bu proseslərdə iştirak edirlər. Avropada da bəzən böyük klublara lisenziya verilmir. Biz peşəkarlıq, maliyyə stabilliyini yaratmaq istəyiriksə, klublarda peşəkarlığı artırmalıyıq. Onda belə problemlərlə üzləşmərik".


Xəbər xətti