“Qarabağ”ın yaradıcısı: “Ola bilsin, kuboku “Neftçi” qazandı”

13:01 3 İyun 2015

“Qarabağ”ın yaradıcılarından olan Adil Nadirov “Neftçi” ilə “Qarabağ” arasındakı 16 il öncəki finalı xatırlayıb.

 

SportArena.az xəbər verir ki, rekord.az-a açıqlamasında Nadirov xatirələrini belə bölüşüb: “Veteranların oyunundan əvvəl soyunub-geyinmə otağında futbolçulara dedim ki, siz indiki “Qarabağ”dan zəif deyilsiniz. Həqiqətən güclü heyətimiz var idi. Niyə 0:3 uduzmuşduq? Açığı həmin oyun yadımdan çıxıb. Ona görə səbəblərini deməkdə çətinlik çəkirəm. Hər halda, “Neftçi” güclü olub ki, qalib gəlib”.

 

Nadirov bugünkü oyunla bağlı da fikirlərini bölüşüb: “16 il bundan qabaq uduzmuşuq, bu dəfə çalışacağıq ki, udaq. “Neftçi”nin problemlərini, hazırkı durumunu qabardıb onların zəif olduğunu demək düzgün olmazdı. Çünki kubok bir oyundan ibarətdi və bu cür oyunlara köklənmə də fərqli olur. Ola bilsin, kuboku “Neftçi” qazandı”.


Digər xəbərlər

Xəbər xətti