"Qəbələ" 5 cavabsız qolla qalib gəldi

22:06 6 İyun 2015

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 2-ci oyununu keçirib.
 
 
Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar” Almatı şəhərinin yığması ilə qarşılaşıb. İlk oyunda “Kayrat”ı böyükhesabla məğlub edən (4:1) Famil Xəlilovun komandası bu dəfə də meydandan 3 xalla ayrılıb. “Qəbələ” bu qarşılaşmada da böyük hesabla qalib gəlib. 5 cavabsız qol vuran komandada Elvin İmanlı het-trikə imza atıb. Digər qolları isə Cavidan Qasımlı və İlkin Abdullayev vurublar. İlk iki oyunda böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” turnirdə son oyununu iyunun 8-də Qırğızıstanın “Abdış-Ata” komandasına qarşı keçirəcək. Bu matç saat 10:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti