"Xəzər Lənkəran" kapitanı azarkeşlərə səsləndi: "Onları çox məyus etdik, sevindirə bilmədik"

23:10 9 İyun 2015

"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev klubun azarkeşlərinə ismarıc yollayıb.

 

SportArena.az xəbər verir ki, cənub klubunun Azarkeşlərlə iş üzrü əlaqələndirici Elman Tağıyevlə danışan Əmirquliyev bunları deyib:

 

"Rahid Əmirquliyevdən hamınıza çoxlu salamlar var. Azarkeş bizim ayrılmaz hissəmizdir, hər zaman bizi dəstəkləyirlər. Biz son zamanlar onları çox məyus etdik, sevindirə bilmədik, təəssüflər olsun. Gələn il Allahın köməyi ilə, onların dəstəyi ilə inşAllah onlara çempionluq vəd edirik, yetərki bizə inansınlar və dəstəklərini əsirgəməsinlər. Hər bir azarkeşə, yaşınnan fərqli olmayaraq, işini-gücünü atıb bizi dəstəkləməyə gələn, bizi bu çətin günlərdə tək buraxmayan komandamızın sadiq azarkeşlərinə dərin minnətdarlığımızı bildirirəm. Yaxşı ki, varsınız!"


Digər xəbərlər

Xəbər xətti