“Döyüşlərə ağlaya-ağlaya çıxırdım" - Firdovsi Fərzəliyev

19:00 18 İyun 2015

“Döyüşlərə ağlaya-ağlaya çıxırdım. Həyəcanıma belə qalib gəlirdim”. 

Bu sözləri "Bakı 2015" İlk Avropa Oyunlarında 60 kiloqram çəki dərəcəsində karate üzrə yarışda qızıl medal qazanan idmançımız Firdovsi Fərzəliyev deyib. 

“Yeri gəlmişkən” verilişinə qonaq olan həmyerlimiz qələbə sevincini bölüşüb: 

“Çox həyəcanlı olurdum. Yarışlarda həyəcandan axan yaşlar sonradan sevinc göz yaşlarına çevrildi. Ailəmi sevindirmək mənim üçün şərəfdir. Qalib olanda müəllimim sevindiyindən məni qucağına almışdı. Üstümdə əziyyət çəkənlərin zəhməti yerdə qalmadı. Qarşıdan Dünya çempionatı, İslam olimpiadası gəlir. Orada da çıxış edib, qalib olmaq istəyirəm”.


Xəbər xətti